BolgeXeber.Com » Xəbərlər » DİN məktəb məzunlarına və valideynlərə müraciət etdi

DİN məktəb məzunlarına və valideynlərə müraciət etdi

14-06-2021, 15:22
Oxunub: 1 120 Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

DİN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

"Hörmətli valideynlər!

Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar!

Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".