Deputat Musa Qasımlı Yardımlıda Qazi və Şəhid Ailələrini ziyarət etdi - FOTO
14-06-2021, 14:08
Oxunub: 6 160
Deputat Musa Qasımlı Yardımlı rayonununa səfər edib. “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək, vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Yardımlı rayon İcra Hakimiyyətinin başçısı ilə də görüşərək, gələcəkdə rayonunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Deputat Yardımlı rayon və kəndlərinin məzarlığında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edərək xatirələrinə dərin ehtiramını bildirib, ailə üzvlərinə baş çəkərək onlara səbr diləyib.
Deputat Çayüzü kəndində şəhid atası Aslanov Elşənin və şəhid qardaşı Cəbiyev Cəmilin evinə gedib ailəsini ziyarət edib, lazım olan koməkiliklər göstərib, peoblemlərini həll edib.
Deputat daha sonra Vətən müharibəsi zamanı yaralananların ailələrinədə baş çəkib, sağlamlıqları ilə maraqlanıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid hərbi qulluqçuların məzarlarını ailə üzvləri ilə birlikdə ziyarət edib. Deputat Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədiyini, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid və qazilərimizin ailələrinə hər zaman diqqət göstəriləcəyini bildirib.
Millət vəkili, Kürəkçi, Zevin, Avaş, Arus kənlərində də olub Qazi və Şəhid ailələrini ziyarət edib.
72 saylı Yardımlı- Masallı seçki dairəsindən seçilən Millət vəkili Musa Qasımlı ilə görüşdən razı qalan Şəhid valideynləri və Qazilər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevə və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya göstərdikləri qayğı və diqqətə görə minnətdarlıq ediblər. Görüşə gələn digər vətəndaşlarda da deputatla bərabər "Allah şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizə şəfa versin! Uca Yaradan Ali Baş Komandanımızı və Ordumuzu daim müzəffər eləsin! deyə dualar ediblər.
Qeyd edək ki, BTV-nin "Deputatlarımızı Tanıyaq" rublikasını davam etdirir. BTV-nin növbəti qonaqları millət vəkilləri Kamaləddin Qafarov və İmamverdi İsmayılov olacaq.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər