BolgeXeber.Com » Xəbərlər » DİN-dən izləyicisini döyüb lentə alan “Zevs”lə bağlı - Açıqlama

DİN-dən izləyicisini döyüb lentə alan “Zevs”lə bağlı - Açıqlama

15-06-2021, 12:35
Oxunub: 2 192 Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan "Zevs” kimi tanınan şəxslə bağlı videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən verilən açıqlamaya görə, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - açıqlamada deyilir.

Qeyd edək ki, yutuber Ruslan Quliyevin yarım milyondan çox izləyicisi olan yutub kanalında "Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda "Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında "Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.