BolgeXeber.Com » Xəbərlər » Samuxda kənd sakinləri arasında bıçaqlanma olub: Saxlanılan var

Samuxda kənd sakinləri arasında bıçaqlanma olub: Saxlanılan var

28-06-2021, 09:30
Oxunub: 2 080 Samuxda bıçaqlanma hadisəsi baş verib. 
Samux rayonunda sakinlər arasındakı mübahisə yaralanma ilə nəticələnib.
1992-ci il təvəllüdlü Samux rayon Hacıalılı kənd sakini Allahverdi Yusibov Lək kənd sakini Qəmbərov Elçinə bıçaqla xəsarət yetirib. 
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.