BolgeXeber.Com » Xəbərlər » "Şəhid ailələrinə qayğı" aksiyası Bərdə rayonunda müntəzəm davam etdirilir-FOTO

"Şəhid ailələrinə qayğı" aksiyası Bərdə rayonunda müntəzəm davam etdirilir-FOTO

12-07-2021, 15:18
Oxunub: 1 040 Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası Bərdə rayonunda müntəzəm davam etdirilir. Bu aksiya çərçivəsində YAP Bərdə rayon təşkilatının Gənclər Birliyi və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəalları – Elşən Məmmədov, Hikmət Ələkbərli, Şəmsiyyə Abbaszadə, Tamam Hüsüzadə və Elmir Məmmədov birlikdə rayonun Alpout kənindən şəhid – əsgər Rəhimli Elcan Ədalət oğlunun ailəsinə baş çəkmişlər.
Qeyd edək ki, əsgər Elcan Rəhimli sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Rəhimli Elcan Ədalət oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Partiya gəncləri bildirmişlər ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidimizin atası Ədalət Rəhimov oğlu Elcanın hərbidəki xidmətlərindən və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişdir. Partiya gəncləri ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.