BolgeXeber.Com » Xəbərlər » Sabah bəzi rayonlarda dolu və yağış gözlənilir - PROQNOZ

Sabah bəzi rayonlarda dolu və yağış gözlənilir - PROQNOZ

14-07-2021, 15:38
Oxunub: 1 336 Sabah ölkənin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.