BolgeXeber.Com » Xəbərlər » Zaqatalada karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

Zaqatalada karantin qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

16-07-2021, 15:59
Oxunub: 1 184 Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, şadlıq sarayına keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.