BolgeXeber.Com » Xəbərlər » TƏBİB sədri Ramin Bayramlı təftişdən sonra HƏBS EDİLİR?

TƏBİB sədri Ramin Bayramlı təftişdən sonra HƏBS EDİLİR?

30-07-2021, 09:12
Oxunub: 3 256 Yayılan məlumatlara görə, Hesablama Palatası TƏBİB-də yoxlamalara başlayıb.
Yoxlamalar TƏBİB-in fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində qurumun fəaliyyətini təftiş edəcək.
Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir TƏBİB-də yoxlamalar həyata keçirir.
Bolgexeber.com xəbər verir ki, bununla bağlı DİA.az-a maraqlı informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, TƏBİB-dəki TƏFTİŞ təsadüfi deyil.
Mənbə bildirir:
“Dünən “Yeni Klinika”nın 3 əməkdaşı məhkəmədə həbs olundu. Görünəni odur ki, “yuxarılar” hətta “gözünün ağı-qarası olana” da haramı keçmək niyyətində deyil. Ramil Bayramlının adı isə qaranlıq işlərdə yetərincə hallanmaqdadır. Elə “Yeni Klinika” işində də…”
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.