Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTOLAR
30-07-2021, 10:08
Oxunub: 1 080
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.
Bolgexeber.com Qol.az-a istinadən xəbər verir ki, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib. O, Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı oyunu izləyənlər arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov da olub.
Onlar "Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov "Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər