BolgeXeber.Com » Xəbərlər » COVID-19 Pandemiyasına qarşı Vaksinasiyanın Azərbaycan xalqı üçün əhəmiyyəti

COVID-19 Pandemiyasına qarşı Vaksinasiyanın Azərbaycan xalqı üçün əhəmiyyəti

30-07-2021, 10:41
Oxunub: 1 376 İmunnitet sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı qoruyucu anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə tanış olduqda ishal, temperaturun yüksəlməsi, baş ağrısı və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və yaxud zərərsizləşdirilmiş mikrobun insan bədəninə yeridilməsi ilə imun sistemində virusa qarşı imunnitet yaradır.
Dövətimiz qlobal problem olan COVID-19 qarşı həm xalqımıza maddi dəstək həm də proflaktik tədbirlər həyata keçirmişdir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, ölkəmiz COVID-19-dan yaxşı mühafizə olunmuş və yoluxma halları digər ölkələrdən ürək açandı. Bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir;
Azərbaycan dövləti əhalinin sağlamlığının müdafiəsi və qorunmasını özünün əsas vəzifəsi hesab edir, bəzi vacib tədbirlərlə yanaşı xalqımızın yaxşı səhiyədən ödənişsiz yararlanması üçün əlindən gələni əsirgəməmişdir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı;
Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi səhiyə mərkəzləri, laboratoriyalar yaradılır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır. Həta dövlətimiz COVID-19 bəlasından qorunmaq üçün istifadə edilən tibbi masqa çatışmazlığını aradan qaldırmaq məqsədi ilə tibbi masqa istehsal edən masqa fabriki açdı.
“İmmunitet sertifikatı” koronavirusa yoluxan şəxs yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. İmunnitet sertifikatı COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin tenpraturu aşağı düşür.
Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib;
“İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.
COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizim üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya);
Azərbaycanda ən çox istifadə olunan vaksin SİNOVAC ( Çin) vaksinidi.
“Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq;
2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq;
2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster/qüvvətləndirici) vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.
Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar. COVID-19 pandemiyasına qarşı bütün proflaktik tədbirlərə əməl etmək həm cəmiyyəti həm ailəmizi həm özümüzü qorumaq borcumuzdur.