BolgeXeber.Com » Xəbərlər » Ucarda toy məclislərində pandemiya qaydalarının pozulması aşkarlanıb

Ucarda toy məclislərində pandemiya qaydalarının pozulması aşkarlanıb

30-07-2021, 11:40
Oxunub: 1 792 Ucar rayonunda keçirilən toy məclislərində pandemiya qaydalarının pozulması aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.