BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov işdən çıxardığı polis rəisini yeni vəzifəyə TƏYİN ETDİ - ƏMR

Vilayət Eyvazov işdən çıxardığı polis rəisini yeni vəzifəyə TƏYİN ETDİ - ƏMR

9-08-2021, 17:25
Oxunub: 1 248 2015-ci ildə xidməti otağında əməliyyat müvəkkilini döyən, ötən il yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric edilən polis bölməsi rəisi Rafael Allahverdiyev yenidən polis sistemində işə başlayıb.

Polis polkovnik-leytenantı Rafael Albabayev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin rəisi olarkən əməliyyat müvəkkili, polis baş leytenantı Səməd Düsturov raport yazaraq bildirmişdi ki, bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb.

Daha sonra Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi olan Rafael Albabayev 2020-ci ildə xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə işdən çıxarılıb və təqaüdə göndərilib.

Əldə etdiyimiz məlumata görə, Rafael Albabayev bir neçə gün öncə daxili işlər orqanlarında xidmətə yenidən bərpa edilib. Hazırda R.Albabayev Yasamal Rayon Polis İdarəsində baş təhqiqatçı kimi xidmətə başlayıb.