Göyçayda istixanada narkotik yetişdirən şəxs saxlanılıb
12-08-2021, 12:02
Oxunub: 1 152
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ləkçıplaq kənd sakini Sənan İbrahimov saxlanılıb. Ona məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, ümumi çəkisi 14 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər