BolgeXeber.Com » Xəbərlər » Oqtay Gülaliyev xəstəxanadan evə buraxılıb

Oqtay Gülaliyev xəstəxanadan evə buraxılıb

17-08-2021, 15:09
Oxunub: 1 088 Hüquq müdafiəçisi Oqtay Gülaliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə onun oğlu Əli Gülaliyev "facebook" hesabında yazıb.

O bildirib ki, hüquq müdafiəçisi artıq həyatı təhlükəni arxada qoyub:

"Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir".