BolgeXeber.Com » Xəbərlər » Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

17-08-2021, 18:25
Oxunub: 1 248 Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 20063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10139196 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.