BolgeXeber.Com » Xəbərlər » Sahil Babayevin menyusuna !

Sahil Babayevin menyusuna !

17-08-2021, 19:08
Oxunub: 2 000 Çoxlarının bu suala cavabı rüşvət daha kiçik anlayış olub, korrupsiyanın içində yer alır kimi olur. Əslində məsələ necədir?
Korrupsiya,hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və alt maddələrində kiçik dəyişikliklər həyata keçirərək iri miqyaslı cinayətkarlara,cinayət əməllərinə ortaq olmalıdır. Şəffaflığın artırılması, korrupsiya şərait yaradan halların aradan qaldırlması qabaqlayıcı tədbirlərin həyata keçirlməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbir görməkdir. Lakin, yuxarıda sadalanan faktlara baxmayaraq Azərbaycanda korrupsiya problemləri artıq uzun müddətdir ki, müzakirə mövzusu olub. Belə ki, korrupsiya əməlini hər hansı dövlət oraqanında çalışan yüksək vəzifəli şəxs və ya şəxslər tərəfindən törədilir. Oxuinfo.az - a daxil olan məlumatda bildirilir ki, 16-saylı Saatlı regional məşğulluq idarəsində sürücü işləyən Məhəmməd Məmmədov vətəndaşların etibarından sui istifadə edərək onlarda rüşvət qismində yüksək məbləğdə pul alaraq onlara bəzi məişət avadanlıqları heyvandarlıqla məşğul olmaq üçün iri və xırda buynuzlu mal-qara verilməsində köməklik göstərəcəyini  vəd edərək onları aldatmışdır. Bir neçə gündür ki, vətəndaşlar Saatlı və İmişli məşğulluq idarəsini qarşısına toplanaraq M.Məmmədovu axtarırlar. Lakin, M.Məmmədov telefonunu söndürərək vətəndaşlara cavab vermir və harada olduğu haqda məlumat yoxdur. Daha maraqlısı odur ki, 16-saylı Saatlı regional məşğulluq idarəsində sürücü işləyən Məhəmməd Məmmədöva İmişli məşğulluq idarəsində vətəndaşlardan sənət qəbul edib onlara hər hansı vəd verməsinə kim şərait yaradıb, hər halda aidiyyatı qurumlar Məhəmməd Məmmədova bu şəraiti yaradanlar barəsində də bir ölçü götürəcəklər. Ümumiyyətlə aparılan kadır islahatına diqqət etsək Sahil Babayevin bir zamanlar işində verdiyi ciddi nöqsanlara görə işdən çixardığı məmurları yenidən gətirib vəzifəyə təyin etməsi anlaşılan deyil. Cənab prezidentin etimad göstərdiyi ƏƏSM- naziri Sahil Babayevə kadır islahatı aparmaq buqədərmi çətindir.