“Patı” satan bir qadın, 10 kişi saxlanıldı - FOTO
18-08-2021, 11:26
Oxunub: 920
Lənkəranda növbəti "patı” əməliyyatında biri qadın olmaqla on bir nəfər saxlanılıb, onlardan birinin oğurluq əməlinin üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini - S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M. Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanov saxlanılıblar.
Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən biri T.Şıxcanovun şəhər ərazisindəki evlərdən birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Həmin şəxs oğurladığı pul müqabilində aldığı avtomobildə saxlanılıb, pulun qalan hissəsi və qızıl-zinət əşyaları isə həmin avtomobildən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman