Şəhid ailələri haqqında qanuna dəyişiklik edilir
8-09-2021, 14:14
Oxunub: 912
Milli Məclisin Əmək və sosial siyasət və Səhiyyə komitələrinin gündəlikləri açıqlanıb.
Bolgexeber.com-un Oxu.Az-a istinadən məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sentyabrın 10-da iclası keçiriləcək.
İclasda "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Həmçinin, Mülki Məcəllədə, "Müflisləşmə və iflas haqqında”, "İcra haqqında”, "Banklar haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və "Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi müzakirə olunacaq.
Səhiyyə komitəsinin iclası isə sentyabrın 13-də keçiriləcək. İclasda deputatlar "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik barədə fikirlərini bildirəcəklər.
İclasın gündəliyinə Mülki Məcəllədə, "Müflisləşmə və iflas haqqında”, "İcra haqqında”, "Banklar haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və "Məşğulluq haqqında” qanunlara dəyişiklik layihəsi də daxil edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər