BolgeXeber.Com » Xəbərlər » "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır" - MN

"Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır" - MN

21-09-2021, 16:35
Oxunub: 1 272 Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.
Nazirlikdən verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.
"Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə nazirliyindən bildirilib.