Bərdə rayonunda şəhid ailələri ilə görüşlər davam edir
22-09-2021, 11:00
Oxunub: 952
Bərdə rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı, onların müraciətinə daha həssas yanaşılması, problemlərinin həlli istiqamətində görülən işlər rayon İcra Hakimiyyətinin və əlaqədar təşkilatların fəaliyyətinin proitet istiqamətlərindəndir.
Xüsusilə şəhid ailələrinə daha həssas yanaşılır. Onlarla İcra Hakimiyyətində və yerlərdə keçirilən qəbul və görüşlərdən başqa həm də ayrı-ayrılıqda şəhid ailələrinə baş çəkilir, onların problemləri və qayğıları yerində öyrənilir və qaldırılan məsələlərin həlli istiqamətində konkret işlər görülür.
Vətən müharibəsində şəhid olan hərbi və mülki şəxslərin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, bu sahəyə məsul olan şöbə müdiri, Qarabağ Müharibəsi əlilləri və Şəhid Ailələri Cəmiyyətinin işçiləri, bələdiyyə və icra nümayəndələrinin iştirakı ilə hər bir şəhid ailəsinə baş çəkmək nəzərdə tutulmuşdur.
Hazırda 72 şəhid ailəsindən 40 ailə ilə evlərində görüş keçirilmişdir. Görüş zamanı onların qaldırdığı məsələlərlə bağlı aidiyyəti strukturlara yerindəcə konkret tapşırıqlar verilmiş, hər bir ailəyə rayon İcra Hakimiyyətinin xətti ilə 500 manat maddi yardım göstərilmiş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qələbəni təmin edən qəhrəmanlıqlarından söz açılmışdır.
Hazırda bu görüşlər davam edir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman