BolgeXeber.Com » Xəbərlər » "Yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportu olmalıdır"

"Yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportu olmalıdır"

22-09-2021, 12:33
Oxunub: 1 056 Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.

Baş nazir Əli Əsədovun imzaladığı "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.


Qeyd edək ki, həmin təhsil müəssisələrində tədris sentyabrın 29-dan başlayır.