BolgeXeber.Com » Xəbərlər » “Bolt”un sürücüləri baykota hazırlaşır - TƏFƏRRÜAT

“Bolt”un sürücüləri baykota hazırlaşır - TƏFƏRRÜAT

23-09-2021, 13:38
Oxunub: 864 Azərbaycanda hər il taksi xidmətinin qiymətləri ilə bağlı müxtəlif narazılıqlar olur. Bəzən müştərilər, hərdən də sürücülər tariflərdən gileylənirlər.

Bizim.Media-nın “Bolt”da qeydiyyatdan keçmiş taksi sürücülərindən aldığı özəl informasiyaya görə, baykot sentyabrın 25-nə planlaşdırılıb.

Belə ki, taksi sürücüləri həmin tarixdə sifariş sistemini söndürəcək və onlardan bir qrupu da Bakının Ağ şəhər istiqamətində etiraz üçün toplaşacaqlar.

Sürücülər tələb edir ki, taksi xidmətlərində onlara ödənilən faizdə artım olsun. Çünki bəzən məsafə düzgün nəzərə alınmır və hər yana 2 manata sürmək sərf etmir.

“Bolt”un da tutduğu faizləri nəzərə alsaq, sürücülərə ya qəpik-quruş, ya da heç nə qalmır. Əlbəttə ki, sərnişinlərin də xərcləri nəzərə alınmalıdır, çünki hamı varlı təbəqəyə aid deyil.

Xatırladaq ki, ötən il BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayev də oxşar mövzuya görə işdən çıxarılıb. Çünki o, efirlərin birində taksi tariflərinin artırılması ilə bağlı demişdi ki, “Kasıblar üçün avtobus var. Taksi imkanlılar üçündür”.