Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq
28-09-2021, 11:32
Oxunub: 960
“Dövlət başçısı şəhid ailələri, qazilərlə əlaqədar davamlı tədbirlər həyata keçirir. Amma həssas qrupdan olan ailələrə dövlət tərəfindən nə qədər dəstək verilsə də, azdır. Çünki 30 il işğalda olan torpaqların azad edilməsi şəhid və qazilərin sağlamlıqları, həyatları bahasına başa gəlib. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsində bu məsələlərə yenidən baxılacaq”.
Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, şəhid və qazi ailələrinə verilən müəyyən güzəştlərin, təqaüd və pensiyaların artırılması nəzərdə tutulub:
“2022-2025-ci illər üzrə dövlət büdcəsinin proqnozunda sosial müdafiə və sosial təminat xərclərinin ilbəil artırılması nəzərdə tutulur. Belə ki, 2022-ci ildə bu sahəyə 3 585 408.0 min manat, 2023-cü ildə 3 831 148.0 min manat, 3 967 202.8 min manat, 2025-ci ildə 4 136 937.0 min manat ayrılacağı proqnozlaşdırılır. Bu baxımdan həssas qrupdan olan şəxslərin, ailələrin dövlət qayğısı ilə əhatə olunması proqramları da genişləndiriləcək”.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman