Polis Hacqıabulda əməliyyat keçirdi - Həbs olunanlar var
22-10-2021, 10:53
Oxunub: 824
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq ümumi dəyəri 7000 manata yaxın olan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayan rayon sakini Emin Şirinov saxlanılıb.
Saxlanılan zaman həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı E.Şirinov törətdiyi oğurluq əməlini etiraf edərək, əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, üzərindən aşkarlanan psixotrop maddəni isə satmaq üçün qanunsuz saxladığını bildirib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirzad Məmmədov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə bir büküm metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla əlaqədar Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər