BolgeXeber.Com » Xəbərlər » Vüqar Əhmədovun diqqətinə : İmişlidə elektirik enerjisi talan edilir

Vüqar Əhmədovun diqqətinə : İmişlidə elektirik enerjisi talan edilir

22-11-2021, 09:53
Oxunub: 1 432 Uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınması istiqamətində AZƏRİŞIQ ASC tərəfindən müəyən tədbirlərlərin görülməsinə baxmayaraq, bu sahədə hələ də elektrik enerjisinin talan olunması kimi neqativ hallar mövcuddur. Belə ki, bəzi istehlakçıların, xüsusən də fərdi yaşayış evləri sənaye və ictimai iaşə obyektləri, otel,  qum çınqıl karxanaları sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların, xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır. Bu barədə "Azərişıq" ASC-nın keçirtidiy mətbuat konfransında  dəfələrlə  reğional şəbəkə sədrlərinə tapşırıqlar verilib.

Diqqətlərinə çatıdırılıb ki, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıların məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunacaq. Oxuinfo.az -a daxil olan məlumata görə  bu kimi tapşırıqları İmişli regional elektrik şəbəkəsinin rəisi Elnur Həsınov qulaqardına vurur, və rəhbərliyin göstərişlərini heçə sayır. Belə ki, özünə yaxı olan olan işçilərlə işbirliyinə girən şəbəkə rəisi qum - çınqıl karxanalarından, iri ticarət mərkəzlərinə kabeldən kənar xəttlər verməklə öz cibini doldurmaqla məşğuldur. İmişli rayonunun Qaravəlli kəndində sakinlərin əksəriyyəti nəzarətçilərlə əlbir olaraq sayğacdan kənar xətt apararaq enerjini talan edirlər. Bütün bu işlər şəbəkə rəisi  E. Həsənov razılığı ilə həllini tapır.  Dəfələrlə ölkə mətbuatında  səbəkə rəisi E.Həsənovun qanunsuz əməlləri barıəsində  yazılar dərc olunsada  'Azərişıq' ASC- nin rəhbərliyi hələ də seyrici mövqe tutur.  

Mövzuya qayldacağıq.