BolgeXeber.Com » Xəbərlər » Bakıda “AA” seriyalı avtomobil piyadanı vurub öldürdü

Bakıda “AA” seriyalı avtomobil piyadanı vurub öldürdü

2-12-2021, 12:24
Oxunub: 912 Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bolgexeber.com  APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.
Saat 07:00 radələrində şəhər istiqamətində hərəkətdə olan 10-AA-659 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub.
Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.