BolgeXeber.Com » Xəbərlər » Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzindən təkzib

Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzindən təkzib

1-02-2022, 15:58
Oxunub: 3 000 Bəzi mətbu orqanlarda Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıbov haqda həqiqətə uyğun olmayan məlumatlar dərc olunub. Həmin məlumtalarda bildirlir ki,guya Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan  dövlət meşə fondu vətəndaşlara əkin sahəsi kimi istifadəyə verilir ,kənd təsərrüfatı bitkiləri və yonca əkmək üçün satılır.
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzindən Bolgexeber.com-a bildirdilər ki, dövlət meşə fondu torpaqları əkin sahəsi kimi istifadə edilmir və torpaqların satılması haqda yazılanlar tamamilə şər-böhtan xarakteri daşıyır.
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzindən açıqlama verərək həmçinin qeyd etdilər ki, Vüsal Talıbov şəxsən ərazilərdə yoxlamalarda, monitorinqlərdə iştirak edir və hər-hansı qanun pozuntusu baş verərsə mərkəzin əməkdaşları tərəfindən qanuna müvafiq tədbir körülür.
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi bundan sonra da Meşə Təsərrüfatında ağacların,yaşıllığın qorunması istiqamətində lazımi addımlar atmaqda davam edəcək.