BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda psixiatriya xəstəxanasından 2 NƏFƏR QAÇIB

Azərbaycanda psixiatriya xəstəxanasından 2 NƏFƏR QAÇIB

3-02-2022, 12:55
Oxunub: 928 Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçıb.

Bu barədə Bolgexeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. Görülmüş operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə təhvil verilmişlər.