BolgeXeber.Com » Xəbərlər » Şəkidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Şəkidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

3-02-2022, 17:49
Oxunub: 1 528 Şəkidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib:
"Həmin nəqliyyat vasitəsini idarə edən Qax rayon sakini Orxan Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, şöbəyə gətirilib. Tibbi müayinədən keçirilən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi sübuta yetirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib".