COVID-19 keçirənlər üçün “qadağan olunan” içkilər: Çay, qəhvə...
8-02-2022, 13:39
Oxunub: 1 208
Koronavirus keçirdikdən sonra bəzi içkilər orqanizmin sağalmasına kömək edir, lakin bəziləri də var ki, onlardan müvəqqəti olaraq imtina etmək daha yaxşıdır.
Bu barədə rusiyalı dietoloq Anjelika Dyuval xəbərdarlıq edib.
"Koronavirus keçirdikdən sonra bir müddət tünd qəhvə və qara çaydan imtina etməli, suya üstünlük verməlisiniz. Həmçinin şirin qazlı içkiləri, qablaşdırılmış şirələri də qadağan olunanlar sırasına əlavə edərdim. Bunları (şirələri) evdə hazırlamaq daha yaxşı olar", - Dyuval izah etdi.
Dyuvalın sözlərinə görə, evdə hazırlanan morslar və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir.
"Standart dəmlənir: 1,5 litr suya iki xörək qaşığı yüksək keyfiyyətli yaşıl çay. Ora iki dilim portağal, bir-iki xörək qaşığı quşüzümü (mərcanı) əlavə edin (dondurulmuş ola bilər). Şirinləşdirməyi məsləhət görmürəm, almanı qabığı olmadan doğramaq daha yaxşıdır. Bu içki təxminən 40-50 dəqiqə dəmlənsin və onu gün ərzində için. Oraya ilıq su əlavə etmək olar, amma qaynar yox", - deyə o, məsləhət gördü.
Dietoloq xatırladıb ki, xəstəlikdən sağalma zamanı, eləcə də xəstəlik zamanı əsas içki adi su olmalıdır.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman