BolgeXeber.Com » Xəbərlər » Nazir polkovnikə yüksək vəzifə verdi

Nazir polkovnikə yüksək vəzifə verdi

9-02-2022, 17:59
Oxunub: 1 224 Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vəfalı Həsənalıyev Ağdaş Rayon Polis Şöbəsinə rəis təyin edilib.

O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifədən çalışıb.

Qeyd edək ki, əvvəlki rəis Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşı Rasim Mustafayev idi.