Azərbaycanda sərt karantin olacaq? - Səhiyyə nazirindən açıqlama
10-02-2022, 14:07
Oxunub: 1 168
"Bu gün hər hansı məhdudlaşdırıcı addımların atılmasına zəruriyyət yoxdur. Lakin sərt karantin rejiminin olması xəstəliyin gedişatı, yoluxma sayı və xəstəxanaya yerləşdirmə ilə əlaqəli vəziyyətdən asılı ola bilər”.
Bolgexeber.com "Report”a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20%-i, reanimasiya üzrə isə bu göstərici cəmi 10% təşkil edir:
"Ümumilikdə isə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, "Omikron” ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Bu məlumat iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidir".
Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq:
"Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər