BolgeXeber.Com » Xəbərlər » “Azərbaycan Nəşriyyatı” 4 milyon manat kapitalla dövlət qeydiyyatına alındı

“Azərbaycan Nəşriyyatı” 4 milyon manat kapitalla dövlət qeydiyyatına alındı

11-02-2022, 09:30
Oxunub: 984 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb.

Bolgexeber.com xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır.

Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib.