BolgeXeber.Com » Xəbərlər » Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı - VİDEO

Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı - VİDEO

15-02-2022, 12:05
Oxunub: 1 224 Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb. Oxu.Az-ın məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb. Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir: "İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”. Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.