BolgeXeber.Com » Xəbərlər » Ramiz Mehdiyevin köməkçisi 30 sutka həbs edildi - İşə düzəltmək adı ilə pul alıb

Ramiz Mehdiyevin köməkçisi 30 sutka həbs edildi - İşə düzəltmək adı ilə pul alıb

15-02-2022, 15:42
Oxunub: 1 448 Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə "Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub. 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş. 

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var. 

Belə ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.