Azərbaycan əhalisinin sayı açıqlandı
16-02-2022, 17:13
Oxunub: 912
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bolgexeber.com xəbər verir ki, Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, ötən il ərzində ölkə əhalisinin sayı 37 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 156 366 nəfərə çatıb.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6,0 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 5,0 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşamışdır. Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman