BolgeXeber.Com » Xəbərlər » Daxili İşlər Nazirliyi Tahir Kərimlinin hədələnməsinə münasibət bildirdi -VİDEO

Daxili İşlər Nazirliyi Tahir Kərimlinin hədələnməsinə münasibət bildirdi -VİDEO

17-02-2022, 11:50
Oxunub: 1 760
 Elşad Hacıyev: “Tahir Kərimlinin hər hansı bir şikayət xarakterli müraciəti daxil olmayıb”
Deputat Tahir Kərimlinin qəribə və deklomasiyaya bənzər video-çıxışı yayılıb. Bu videoda o, onu ölümlə hədələyənlərə xüsusi pafosla, deklomasiya janrında cavab verir. Video bütün sosial şəbəkələrdə dolaşmaqdadır. Deputatla əlaqə saxlayıb bu qəribə videonun səbəbini aydınlaşdırmağa çalışdıq. Lakin deputatın telefonları bağlı olduğundan ondan video-çıxışı ilə bağlı fikirlərini öyrənə bilmədik.
Eyni zamanda, DİN və digər hüquq mühafizə orqanlarına da müraciət etdik. Onlar bu barədə məsələ qaldırıblarmı və Azərbaycan deputatının ölümlə hədələnməsi faktını araşdıracaqlarmı?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə müdiri Elşad Hacıyev  deyib ki, deputat hədələnməsi ilə bağlı DİN-ə müraciət etməyib: “Daxili işlər orqanlarına millət vəkili Tahir Kərimlinin hər hansı bir şikayət xarakterli müraciəti daxil olmayıb”.