BolgeXeber.Com » Xəbərlər » TIR-ların yolu bağlamasına görə vəzifəli şəxslər cəzalandırılıb? – Dövlət Xidmətindən açıqlama

TIR-ların yolu bağlamasına görə vəzifəli şəxslər cəzalandırılıb? – Dövlət Xidmətindən açıqlama

17-02-2022, 17:05
Oxunub: 1 072 Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İdarə Heyətinin sədri Anar Rzayevə xəbərdarlıq verilməsi və şöbə müdiri Malik Lətif oğlu Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

DANX-dan verilən açıqlamada bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç kim işdən çıxarılmayıb və xəbərdarlıq da almayıb”.