BolgeXeber.Com » Xəbərlər » Dövlət Xidmətinə yeni sözçü təyin olundu

Dövlət Xidmətinə yeni sözçü təyin olundu

18-02-2022, 10:18
Oxunub: 1 840 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni sözçü təyin olunub.

Bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, Nuridə Allahyarova Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.

Qeyd edək ki, o, əvvəllər "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti və.s qurumlarda çalışıb.