Prezidentin yeni təyin etdiyi 3 icra başçısı kimdir? – DOSYE
18-02-2022, 12:01
Oxunub: 1 704
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Elxan Oqtay oğlu İbrahimov isə Kürdəmir Rayon İcra Hakimiyyətinə başçı təyin ediliblər.
Elgin Həbibullayev bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.
Coşqun Cəbrayılova gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
Elxan İbrahimov isə buna qədər Şamaxı rayon icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman