BolgeXeber.Com » Xəbərlər » Ağcabədidə dəhşətli hadisə-Qadın əri tərəfindən bıçaqlandı

Ağcabədidə dəhşətli hadisə-Qadın əri tərəfindən bıçaqlandı

18-02-2022, 13:17
Oxunub: 1 848 Ağcabədidə qadın bıçaqlama hadisəsi baş verib.

Fevralın 17-i saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bölgə Tv xəbər verir ki, Ağcabədi Rayon Prokurorluğu bu barərə məlumat yayıb. 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 
Bölgə Tv-nin Qarabağ bürosunun müxbiri Hidayət Əhmədov