BolgeXeber.Com » Xəbərlər » Yolu bağlayan TIR sürücüləri 30 sutkalıq həbs edildi

Yolu bağlayan TIR sürücüləri 30 sutkalıq həbs edildi

18-02-2022, 17:55
Oxunub: 1 344 Bakıda yolu bağlayan TIR sürücüləri məhkəmə qarşısına çıxarılıb.

Bolgexeber.com Apa-ya istinadla xəbər verir ki, Nərimanov rayon Məhkəməsi Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikovla bağlı polisin təqdimatına baxıb.

Məhkəmənin qərarı ilə sürücülər 30 sutka həbs olunublar.

Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.