BolgeXeber.Com » Xəbərlər » Ramiz Mehdiyevin səlahiyyətlərini o icra edəcək

Ramiz Mehdiyevin səlahiyyətlərini o icra edəcək

19-02-2022, 12:49
Oxunub: 1 168 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilir.

Bolgexeber.com xəbər verir ki, toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Məmməd oğlu Həşimova həvalə olunması məsələsi müzakirə olunur.

AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev də yığıncaqda iştirak edir.

Ümumi yığıncağının qərarına əsasən, AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.