BolgeXeber.Com » Xəbərlər » Xocavənd istiqamətində mövqələrimiz atəşə tutuldu

Xocavənd istiqamətində mövqələrimiz atəşə tutuldu

19-02-2022, 18:33
Oxunub: 1 104 Xocavənd istiqamətində mövqələrimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.