BolgeXeber.Com » Xəbərlər » Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub

Göyçayda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs olunub

25-02-2022, 11:37
Oxunub: 1 072 Göyçayda avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücü inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bölgə Tv-nin bölgə müxbirinə verilən məlumata görə, rayon sakini Yusif Usubov istifadəsində olan “VAZ-2107” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək həmin əməllərini sosial şəbəkələrdə paylaşıb.

Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Yusif Usubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs olunub.