BolgeXeber.Com » Xəbərlər » Agentlik sədrinin səlahiyyətləri artırıldı - Prezidentdən fərman

Agentlik sədrinin səlahiyyətləri artırıldı - Prezidentdən fərman

25-02-2022, 17:28
Oxunub: 1 168 Prezident İlham Əliyev "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Bolgexeber.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Agentliyin struktur bölmələrinin rəhbərlərini vəzifəyə nazir deyil, qurumun sədri təyin edəcək. Bundan başqa, sədr Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etməyi nazirliklə razılaşdıracaq.