Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb - TƏFƏRRÜAT
2-03-2022, 12:34
Oxunub: 1 184
Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bolgexeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar aparılıb.
Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və "D.Fruits Kəndli Təsərrüfatı" MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib.
Eyni zamanda, aşkar edilən inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes