Ukraynada öldürülən azərbaycanlılar barədə açıqlama: “Cəsədlər hələ də morqdadır”
2-03-2022, 14:00
Oxunub: 1 064
Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həlak olub.
Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.
Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, ölənlərin cəsədləri hələ də Ukraynadakı morqdadır:
"Yaralıların vəziyyəti hazırda yaxşıdır. Cəsədlər də hələ ki morqdadır. Prokurorluq iki gün vaxt verib ki, lazımi sənədlər toplanılsın. Əgər sənəd işi həll olunsa, sabah üçün gətirilməlidirlər. Vəfat edənlərin və yaralıların yaxınları da Ukraynadadırlar. Mən dünən ölənlərin yaxınları ilə danışmışam, məlumatları onlar söyləyib”.
Qeyd edək ki, Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur.
Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər