BolgeXeber.Com » Xəbərlər » Bakıda əxlaqsızlıq yuvası işlədən Sona tutuldu

Bakıda əxlaqsızlıq yuvası işlədən Sona tutuldu

4-03-2022, 11:30
Oxunub: 1 064 Bakıda fahişəxana aşkarlanıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, polis tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumat əsasında Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib:

"Əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir”.