BolgeXeber.Com » Xəbərlər » Borsunlu kəndində icra başçısının səyyar qəbul-görüşü keçirilib

Borsunlu kəndində icra başçısının səyyar qəbul-görüşü keçirilib

5-03-2022, 15:27
Oxunub: 1 152 Mart ayının 4-də Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Borsunlu kəndində səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, rayonda gedən tikinti abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, “Covid-19” pandemiyasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyindən, əhalinin pandemiyaya qarşı vaksin olunmasından söhbət açıb.
Borsunlu kənd tam orta məktəbinin direktoru Pərviz Həsənov kənddə yeni müasir tipli məktəbin tikilməsi, Vaqif Qədimov, Şirin Məmmədli əkin sahələrinin suvarılmasında rast gəldikləri çətinliklərlə, Cavid Məmmədli arxların təmizlənməsi, Salman Məmmədov içməli su təminatı ilə bağlı müraciət ediblər.
Səyyar-qəbul görüşdə şəhid anası Müşgünaz Məmmədova şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezidenr Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. Şəhid anası icarəyə torpaq götürmək istədiyini bildirib.
Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.